fotofakt

Ölkəmizin regionda sülh və təhlükəsizlik üçün daha bir addımı

Tarix:25-09-2023, 10:51
Baxış Sayı:43


Məlum olduğu kimi, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da işğalçılıq niyyətini davam etdirməkdəydi. Dağılmış silahlı birləşmələrinin qalıqları separatçılarla birlikdə Xankəndində, Əskəranda, Xocalıda, Ağdərədə cəmləşmişdi, işğaldan azad edilmiş ərazilərdə müxtəlif miqyaslı təxribatlar törədirdi.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirlərinin başlaması labüd idi, çünki Ermənistan terrorlarla vəziyyəti daha da gərginləşdirirdi, üçtərəfli razılaşmanın şərtlərinə əməl etməməklə beynəlxalq hüququn tələblərini kobud şəkildə pozurdu. Yeri gəlmişkən, lokal xarakterli antiterror tədbirləri sentyabrın 19-də başladı. Qısa müddətdə, 24 saatdan da az vaxtda düşmənin 90-na yaxın mövqesi, onlarla döyüş texnikası, yüzlərlə canlı qüvvəsi, zenit-raket kompleksi məhv edildi. Xankəndində ağ bayraq qaldırıldı. Separatçılar və onların terror şərikləri olan hərbi qulluqçular tərksilah edildi. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müraciətində dedi:”Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müraciətində dedi ki, “Bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik”.
Azərbaycanın təklifləri bəşəri, tolerant təkliflərdir. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.
Ən əsası, Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin xalqa növbəti müraciəti tarixi Zəfərin davamı kimi dinlənildi. 2020-ci il noyabrın 10-da xalq hansı qüruru yaşamışdısa, 2023-cü il sentyabrın 20-də xalq müraciətində də o səviyyədə qürur yaşadı. Azərbaycan regionda sülh və təhlükəsizlik üçün daha bir addım atmış oldu. Müzəffər Ordumuz bir gün ərzində Qarabağda təhlükə mənbəyi olan qanunsuz erməni hərbi birləşmələrini tərksilah etdi.

Eldəniz Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Topalhəsənli kənd ərazi partiya təşkilatının fəal üzvü

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!