Təcrübəli ümumi cərrah Dr. Abbas İmanova Azərbaycanda ümumi və kolorektal cərrahiyə sahəsində öz peşəkarlığı və pasiyentlərinə göstərdiyi yüksək tibbi xidmətlə tanınan nüfuzlu mütəxəssislərdən biridir. O, xüsusilə proktoloji (anorektal) xəstəliklərin müalicəsində ixtisaslaşmış, bu sahədə elmi və praktik təcrübəsini daim yeniləyən, müasir tibbi yenilikləri işində uğurla tətbiq edən bir həkim kimi tanınır.
Abbas İmanovun tibb sahəsində olan səmimi yanaşması, insanlara yardım etməyə olan həvəsi və hər zaman pasiyent məmnuniyyətini əsas götürməsi Dr. Abbas İmanovu bu sahədə seçilən bir ad halına gətirib. O, təkcə həkim deyil, həm də maarifləndirici fəaliyyəti ilə insanlara sağlamlıqla bağlı düzgün istiqamət göstərən bir mütəxəssisdir. Onun sosial şəbəkələr üzərindən də apardığı məlumatlandırıcı paylaşımlar geniş auditoriya tərəfindən izlənilir və faydalı hesab olunur.
Dr. Abbas İmanova yalnız peşəkar tibbi fəaliyyəti ilə deyil, eyni zamanda vətənə və xalqına bağlılığı ilə də seçilən bir həkimdir. O, şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə hər zaman xüsusi həssaslıqla yanaşır, onlara göstərilən tibbi xidmətlərdə əlavə qayğı və diqqət göstərilməsi istiqamətində ciddi səylər göstərir. Müxtəlif dövrlərdə bu qəhrəman insanlara ödənişsiz konsultasiyalar, güzəştli müayinə və müalicə imkanları yaratmaqla, cəmiyyətə nümunə olan sosial məsuliyyət nümunələri sərgiləmişdir.
Dr. Abbas İmanov inanır ki, bu torpaq uğrunda canından keçənlərin ailələri və sağlamlığını Vətən uğrunda qurban vermiş qazilərimiz hər cür diqqətə və dəstəyə layiqdir. O, bu missiyanı təkcə bir həkim kimi deyil, eyni zamanda bir vətəndaşlıq borcu olaraq da yerinə yetirir.