fotofakt

Prezident İlham Əliyevin Abu-Dabiyə səfəri və regional liderlikdən qlobal tərəfdaşlığa keçid

Tarix:5-02-2026, 08:48
Baxış Sayı:16

Prezident İlham Əliyevin Abu-Dabiyə səfəri və regional liderlikdən qlobal tərəfdaşlığa keçid
Diqqətinizə çatdırım ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Səfər həm ikitərəfli münasibətlərin inkişafı üçün, həm də ölkəmizin regional gücdən, qlobal tərəfdaşlığa transformasiyasını əks etdirən strateji hadisədir. Regional liderliyin institusionallaşması barədə qeyd etmək istəyirəm. Yəni Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahələrində qazandığı üstün mövqenin davamlı mexanizmlərlə möhkəmləndirilməsi deməkdir. Enerji və nəqliyyat layihələri, çoxtərəfli əməkdaşlıq platformaları və müstəqil xarici siyasət kursu institusional səviyyəyə yüksəldib. Beləliklə ölkəmiz regionda bütün prosesləri izləyir, qaydaları formalaşdırır və əsas aktor rolunda çıxış edir.Azərbaycan son onillikdə Cənubi Qafqazda siyasi sabitliyin, enerji təhlükəsizliyinin və nəqliyyat əlaqələrinin əsas təminatçısına çevrilib.Bildiyiniz kimi Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və sair bu kimi layihələr Azərbaycanın regional liderliyini praktiki mexanizmlərlə möhkəmləndirmişdir.Bu mərhələ artıq tamamlanmış mərhələdir və dövlətimiz uğurla yürüdülən xarici siyasət hədəflərinə köklənmişdir. Əbu-Dabi səfərinin geosiyasi mənasını, Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə maliyyə, enerji və investisiya qərarlarının formalaşdığı mərkəzlərdən biri kimi qeyd etmək istəyirəm. Prezident İlham Əliyevin məhz Əbu-Dabini seçməsi, əlbətdə ki, Azərbaycanın xarici siyasət prioritetlərinin coğrafiyasını genişləndirdiyini göstərir. Və bu da Cənubi Qafqaz–Xəzər–Körfəz xəttində yeni strateji sinerjinin formalaşması deməkdir. Artıq ənənəvi enerji sahəsində tərəfdaşlıq mövcuddur. Analitik baxımdan diqqət etsək,görərik ki, məqam, əməkdaşlığın bərpa olunan enerji, “yaşıl hidrogen” və dayanıqlı inkişaf modellərinə yönəlməsidir. Ən əsası isə Qarabağımız və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi təqdim olunması, BƏƏ investisiyaları üçün strateji yerdir. Prezident İlham Əliyevin iqtisadi diplomatiyanın dərinləşməsi barədə bölüşmək istədiklərimi qeyd edirəm. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi diplomatiya Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından birinə çevrilib! Dövlət başçısı siyasi dialoqu real iqtisadi nəticələrlə tamamlayaraq investisiya axınlarını, strateji tərəfdaşlıqları və yeni bazarlara çıxışı təmin edir. Bəli, xüsusi vurğulayıram ki, məhz bu yanaşma ölkəmizi regional iqtisadi mərkəzdən qlobal iqtisadi tərəfdaş səviyyəsinə yüksəldir.Səfər çərçivəsində investisiya, logistika və maliyyə əməkdaşlığı əsas müzakirə mövzularından hesab olunur.Azərbaycan BƏƏ üçün Avrasiya bazarlarına çıxış imkanı yaradan platforma, BƏƏ isə Azərbaycan üçün qlobal kapital və texnologiya mərkəzi funksiyasını yerinə yetirir. Bu qarşılıqlı asılılıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Xarici siyasətdə balans və suveren qərarvermə xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin istər xarici, istərsə də daxili siyasətində balanslı yanaşması müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qoruyur, suveren qərarvermə isə milli maraqların hər cür təzyiqdən üstün tutulduğunu açıq-aydın göstərir. Məhz bu prinsip ölkəyə etibarlı və müstəqil tərəfdaş imici qazandırır!Prezident İlham Əliyevin diplomatik xəttinin əsas xüsusiyyətidə balanslı yanaşmadır.Azərbaycan heç-bir geosiyasi bloklara qoşulmur və konfrontasiya xəttini, yəni balanslı, praqmatik və suveren qərarlara əsaslanan siyasəti tutur. Əbu-Dabi səfəri sübut edir ki, artıq Bakı milli maraqlara əsaslanan müstəqil siyasəti qlobal oyunçular tərəfindən qəbul etdirə bilmişdir!Qlobal tərəfdaşlığa keçidin göstəriciləri ölkənin beynəlxalq miqyasda etibarlı və təsirli aktor kimi qəbul olunmasını əks etdirir.Strateji investisiya əməkdaşlıqları, enerji və nəqliyyat layihələrində qlobal iştirak, siyasi dialoqun iqtisadi nəticələrlə tamamlanması bu keçidin əsas əlamətləridir. Azərbaycan artıq regional çərçivədən çıxaraq qlobal proseslərə töhfə verən tərəfdaş kimi çıxış edir.Analitik nəticə olaraq demək olar ki, Azərbaycan artıq yalnız regional problemlərin həllində deyil, qlobal iqtisadi və enerji proseslərində etibarlı tərəfdaş kimi çıxış edir. Körfəz ölkələri ilə dərinləşən münasibətlərimiz paytaxt Bakının yeni statusunu təsdiqləyir. Nəhayət, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycan diplomatiyasının təkamül mərhələsini simvolizə edir. Qürurla vurğulayıram ki, Regional liderlik mərhələsi başa çatmışdır, yeni mərhələ isə qlobal tərəfdaşlıq üzərində qurulur. Bu keçid təsadüfi deyil, uzunmüddətli strateji planlama, siyasi iradə və milli maraqlara söykənən idarəetmənin məntiqi nəticəsidir!Mən səfər zamanı Prezident İlham Əliyevə verilən mükafat,2026‑cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” -i barədə demək istəyirəm. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zayed Fondu tərəfindən təsis olunmuş və humanitar dəyərlərin, dialoq, sülh və birgəyaşayışın təşviqinə verilən töhfələrə görə verilir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə Əbu-Dabidə verilən mükafat, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təşkili üzrə sazişin əldə olunmasına göstərdiyi səylərə görə təqdim edildi. Bu addım, müharibənin uzun illər boyu davam edən mərhələsini sülhə çevirmə səylərinə verilən beynəlxalq qiymət idi.
Təbrik edirik və qürur duyuruq, cənab Prezidentimizlə!
Bir daha qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri, Azərbaycanın xarici siyasət strategiyasında yeni mərhələnin formalaşdığını və ölkənin qlobal tərəfdaşlıq xəttinin möhkəmləndiyini açıq şəkildə nümayiş etdirdi.
Təşəkkür edirəm!

Yeni Azərbaycan Partiyası
Saatlı 15 s. ƏPT sədri MƏMMƏDOV Vüqar.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!