fotofakt

Tərtərin Qapanlı kəndində Torpaq çərşənbəsi təntənəli qeyd edildi

Tarix:17-03-2026, 21:43
Baxış Sayı:17

Tərtərin Qapanlı kəndində Torpaq çərşənbəsi təntənəli qeyd edildi

Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin və Qarağacı bələdiyyəsinin birgə təşkilatçılığı ilə ilaxır çərşənbə — Torpaq çərşənbəsi rayonun Qapanlı kəndində böyük coşqu ilə qeyd olundu.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak etdilər.

Tədbirdən əvvəl rəsmi qonaqlar və kənd sakinləri tərəfindən kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olundu. Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri qoyuldu.

Mərasimin rəsmi hissəsində aparıcılar Novruz çərşənbələri haqqında geniş məlumat verərək, Torpaq çərşənbəsinin dördüncü və sonuncu çərşənbə olduğunu, təbiətin tam oyanışını və torpağın canlanmasını simvolizə etdiyini vurğuladılar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək kənd sakinlərini bayram münasibətilə təbrik etdi, hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzuladı. O qeyd etdi ki, bu il Novruz bayramının müqəddəs Ramazan ayı ilə eyni vaxta təsadüf etməsi xüsusi əhəmiyyət daşıyır və xalqımızın milli-mənəvi dəyərlərinin vəhdətini bir daha nümayiş etdirir.

Milli Məclisin deputatı Anar Məmmədov da çıxış edərək bayramın tarixi əhəmiyyətindən danışdı, dövlətimizin milli adət-ənənələrə göstərdiyi yüksək diqqəti vurğuladı və kənd sakinlərini səmimi qəlbdən təbrik etdi.

Kəndin mərkəzi meydanı bayram əhval-ruhiyyəsində xüsusi zövqlə bəzədilmişdi. El ağsaqqalı Dədə Qorqud obrazı məclisə xüsusi rəng qataraq xeyir-duasını verdi. Ardınca atlıların meydana daxil olması bayramın təntənəsini daha da artırdı.

Daha sonra alovlandırılan bayram tonqalı ətrafa nur saçdı. Sakinlər tonqal ətrafında toplaşaraq sac üstündə bişirilən kətədən, qovurğadan və çərşənbə şirniyyatlarından dadıb, bayram sevincini bölüşdülər. Gənclər milli musiqi sədaları altında “Yallı” gedərək, idmançılar isə öz bacarıqlarını nümayiş etdirdilər.

Tədbirin sonunda kəndin ağsaqqalı Məzahir Həsənovun evinə ziyarət olunaraq bayram münasibətilə təbriklər çatdırıldı.

Əziz xalqımız, Torpaq çərşənbəniz mübarək! Eviniz isti, ruziniz bol, ocağınız daim gur yansın!


TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!