fotofakt

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Tarix:2-05-2019, 18:09
Baxış Sayı:155

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF



Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.

BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, bu təşəbbüslə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib.

Onun sözlərinə görə, bu gün şagirdlərin məktəb çantası həqiqətən də ağır olur:

"Buna görə də təklif edərdim ki, hər fənn üzrə tədris ili üzrə ayrıca dərslik olmasın. Şagirdlər üçün rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın. Birinci rüb üçün ayrı, ikinci rüb üçün ayrı dərslik olsun. Belə olduqca şagirdlər birinci rübdə ikinci rübə aid olan mövzuların əhatə olunduğu dərslikləri daşımağa məcbur olmazlar, onların dərslikləri də daha yüngül olar".

Deputat Milli Məclisdə "Məktəblinin dostları" layihəsinin ölkənin bütün məktəblərində tətbiqi məsələsini də qaldıracağını söyləyib

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!