fotofakt

Bakıda it qadını sürüdü..

Tarix:25-04-2019, 12:52
Baxış Sayı:147

Bakıda it qadını sürüdü..



Bakıda qadın sahibli itin hücumuna məruz qalıb.

BEŞ.AZ minval.info-ya istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında Nobel prospektində NZS qəsəbəsinə gedən yolun üzərində baş verib.

Bu barədə saytımıza məlumat verən zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib.

"Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat köməklik göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da müxtəlif bəhanələr gətirirdi. Allahımıza and olsun, həkimə getməyə pulumuz yoxuydu. Qohumlar müalicə almağıma kömək etdi" - İtin hücumuna məruz qalan xanım deyir.

Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonuyla özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: "O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, "mən onun yiyəsiyəm, Mirağayam Saatlıdan. İtdir də, olub da, qəsdən üstünə cumdurmayıb ki..." Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Qohumlarıma zəng vurdum, polisə də müraciət etmişəm".

Xoşqədəm xanımın redaksiyamıza təqdim etdiyi videodan aydın görmək olur ki, orta yaşlı kişinin köməyi ilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb. Xoşqədəm xanım itin sahibinin və onu təhdid edən şəxsin məsuliyyətə cəlb olunmasını istəyir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!