fotofakt

Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO

Tarix:2-05-2019, 12:09
Baxış Sayı:85

Azərbaycanda 10 yaşdan yuxarı qızlar məktəbdən yayındırılır? - VİDEO



Sosial şəbəkələr həyatımıza daha çox daxil olduqca, bundan xoş olmayan məqsədlərlə sui-istifadə edənlərin də sayı artır.

Elə bu günlərdə belə informasiyalardan daha biri diqqətimizi çəkdi. Səhifələrin birində belə bir məlumat paylaşılmışdı:

"Kürdəmirin Sığırlı kəndindəki C.Əsgərov adına tam orta məktəbində qızlar çox ciddi təhsil məhdudiyyəti yaşayırlar. Belə ki, ibtidai sinfi bitirmiş - on yaşdan başlayaraq bütün qızlar beşinci sinifdən etibarən evə qapadılır, təkbaşına həyətdən küçəyə belə çıxışına icazə verilmir. Çünki hər an qaçırılma təhlükəsi qarşısındadırlar. Valideynlərin edə biləcəyi və guya çıxış yolu qızları təhsildən yayındırmaqdır. Hətta təhsil almaq istəyən ailələr kənddən köçür. Bu isə çox az hallarda baş verir. Çünki oxumuş istənilən qıza əxlaqsız kimi baxırlar. Müəllimlər isə dərslərdə iştirak etməyən bütün qızlara "iştirak edir" və saxta qiymətlər yazır. Orta məktəbin buraxılış imtahanlarına belə buraxılmırlar və ya imtahana hamilə halda gedirlər. Qızların təhsildən yayındırılmasının heç bir kapital tərəfdən səbəbiyyəti yoxdur. Kənd əhalisi normal maddi şəraitdə yaşayırlar.
Sadəcə, qızlara qarşı ciddi təzyiqlər və istismar var. Onlar artıq yeniyetmə yaşdan - həddi-büluğa - 18 yaşa çatmamış evləndirilir".

Diqqətimizi cəlb etdiyindən, bu məlumatı araşdırmaq qərarına gəldik. Bu məqsədlə xəbər etmədən Kürdəmir rayonunun Sığırlı kəndinə yollandıq. Məlum oldu ki, 8 min nəfər əhalisi olan kənddə cəmi bir məktəb fəaliyyət göstərir. Cabbar Əsgərov adına Sıgırlı kənd tam orta məktəbində ümumilikdə 1200-dən artıq şagird təhsil alır. Dərslər iki növbəli tədris olunduğundan, 5, 6 və 7-ci sinif şagirdləri ikinci növbə təhsil alırlar.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, qızlar dərslərdə iştirak edir. Şagirdlərin dediyinə görə, onların məktəbə gəlib-getməsində məktəb rəhbərliyi və valideynlər tərəfindən heç bir maneə yoxdur.

Məktəbin direktoru Bəycan Mürşüdov bildirib ki, şagirdlər tərəfindən bəzi hallarda dərsə gecikmələr olur. Bu isə şagirdlərin yolunun uzaq olması ilə bağlıdır. Bəzi şagirdlər məktəbə gəlmək üçün 4-5 km məsafə qət etməli olurlar.

Direktor da qeyd edib ki, qızların məktəbə gəlib-getməsində valideynlər tərəfindən heç bir maneə törədilmir: "Son 5 ildə məktəb şagirdlərindən qaçırılan və ya ailə quran da olmayıb".


TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!