fotofakt

Millimizin böyük məşqçisi: "Türk xalqına minnətdarıq"

Tarix:2-11-2020, 10:55
Baxış Sayı:106

Millimizin böyük məşqçisi: "Türk xalqına minnətdarıq"
"Türkiyənin bizə dəstəyi çox böyükdür. Türk xalqına minnətdarıq".

"Report"un məlumatına görə, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev "Anadolu" agentliyinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu ərəfədə Türkiyə Azərbaycana xeyli yardım edib: "Türk idmançılarını da sevirik. Hamısı bizim qardaşlarımızdır. Türkiyənin bizə dəstəyi əvvəldən olub və indi də davam edir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Boksçularımız arasında daha əvvəl döyüşlərdə iştirak edən və şəhid olanlar da var. Yığmanın üzvləri və məşqçiləri cəbhəyə getməyə hazırdır".

Hazırda Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmanın hazırlığını da dəyərləndirən Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı hədəflərini açıqlayıb: "Məşqlərimiz yaxşı keçir. Bu ilin fevralında da Kastamonuda toplanışda olmuşduq. Əsas hazırlığımız olimpiada ilə bağlıdır. Hədəfimiz Oyunlarda daha çox medal qazanmaqdır".

Millinin boksçularından Ruslan Rüstəmov isə bütün fikirlərinin Azərbaycan əsgərinin yanında olduğunu söyləyib: "Qarabağda müharibə gedir. Burada olsaq da, ürəyimiz qardaşlarımızla birlikdədir. Əsgərlərimiz döyüş meydanında vuruşur, biz də rinqdə mübarizə aparıb, bayrağımızı yüksəklərə qaldırırıq. İlk hədəfim olimpiadaya vəsiqə qazanmaq və bayrağımızı bütün dünyada dalğalandırmaqdır".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!