fotofakt

Nurlan İbrahimovun cəzası nə olacaq?

Tarix:25-11-2020, 16:48
Baxış Sayı:119

Nurlan İbrahimovun cəzası nə olacaq?Bu gün "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun futboldakı gələcək taleyinə aydınlıq gələcək.

UEFA-nın Etika və İntizama nəzarət Komitəsinin bu günə təyin olunmuş iclasında gündəlikdə duran məsələlərdən biri də azərbaycanlı klub rəsmisinin əməlinə hüquqi qiymətin verilməsidir.

Qısaca xatırladaq ki, İkinci Qarabağ Müharibəsinin qızğın vaxtında, lap dəqiq desək, Gəncəyə raket atılan günlərdə İbrahimov ölən körpələrin şəkillərini görüb, sosial şəbəkə hesabında düşmənin körpələrinin, qadın və qocalarının də öldürməli olduğumuzu yazmışdı. Yazılanlar ölkədə böyük rezonans doğurmuş, sonradan tam təbii olaraq düşmənin əlinə keçmişdi. Düşmənsə dərhal UEFA-ya müraciətdə "Qarabağ"la Nurlan İbrahimovun cəzalanmasını xahiş edincə, Avropanın ali qurumu bu ayın əvvəlində Nurlanı müəyyən müddətə futboldan uzaqlaşdırmışdı.

Hə, keçək məsələnin əsas tərəfinə - bu günə olan suala: UEFA hansı qərarı qəbul edə bilər və ya edəcək? İnsanlarda narahatlıq doğuran məqam buna görə "Qarabağ"a hansısa sanksiyanın tətbiq olunub-olunmayacağıdır. Məsələn, yarışdan kənarlaşdırılması, növbəti avrokubok mövsümündən kənarlaşdırılmaq və sair. Bunların heç biri olmayacaq. Çünki klub rəsmisinin şəxsi səhifəsində yol verdiyi hansısa səhvə görə klub yarışlardan kənarlaşdırıla, yaxud doğma meydanda oynamaqdan məhrum edilə bilməz. Qətiyyən mümkün deyil.

Elədirsə, nə kimi cəza-cərimələr ola bilər? Üç variant var ki, mütləq və mütləq onlardan biri olacaq.

1. Nurlan İbrahimovun futbol fəaliyyətinə ömürlük son qoyula bilər.

2. Kluba ciddi maliyyə cəriməsi kəsilə bilər.

3. Kluba maliyyə cəriməsi kəsilməklə yanaşı, Nurlan İbrahimova ciddi xəbərdarlıq oluna bilər.

Hər halda gözləyək, görək son qərar nə olacaq.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!