fotofakt

Ağasəlim Mircavadovdan Rəşad Sadıqova ağsaqqal cavabı

Tarix:3-12-2020, 22:28
Baxış Sayı:172

Ağasəlim Mircavadovdan Rəşad Sadıqova ağsaqqal cavabı
Dekabrın 1-də "CBC Sport"da efriə gedən "Birinci hissə"də Şəmsəddin Abbasovun qonağı Rəşad Sadıqov olmuşdu.

Adıçəkilən verilişdə aparıcının Ağasəlim Miracavadovun adından səsləndirdiyi bu fikirləri millinin sabiq kapitanını özündən çıxarmışdı: "Rəşad Sadıqov Premyer Liqada baş məşqçi işləməyə tələsdi. Yaxşı olardı ki, əvvəlcə yeniyetmə və uşaq futbolunda təcrübə toplayıb, sonra özünü Premyer Liqada sınayardı".

Sadıqovun özündən çıxdığı görmək üçün videoya baxmaq kifayət edir.

Offsideplus.az Rəşad Sadıqovun haqlı cavabına qarşı tərəfin münasibətini öyrənmək üçün Ağasəlim Mircavadovla əlaqə saxlamağı lazım bildi. Ötənlərin ünlü məşqçisi "daş atıb, başını tutdu" ki, mən elə söz deməmişəm, fikirlərim yanlış anlaşılıb: "Verilişdən əvvəl Şəmsəddin mənimlə əlaqə saxlamışdı. Sual verdi ki, bəs Rəşad Sadıqovun "Zirə"dəki fəaliyyətini necə qiymətləndirirsiz, niyə komanda sabit görünmür? Mən də cavab verdim ki, hələ gəncdir, komandasının oyununu axtarır. Bunu deyəndə Rəşadın uşaq futbolunda təcrübə toplamalı olduğunu nəzərdə tutmamışam. Azərbaycanda kimdən təcrübə toplayacaq? Biz qıraqda qalmışıq, cavanlarsa təcrübəlilərdən nəsə öyrənməlidir. Bunun üçün vaxt olanda xaricə getməli, Avropanın aparıcı klublarında təcrübə yığmalıdır. Hansı klublarla ki, əlaqələri var, ora gedə bilər. Hətta bu işdə ona klub rəhbərliyi də kömək edə bilər. Bununla bağlı sizdən əvvəl də mənə zəng olunmuşdu, onlara da sözlərimin yanlış anlaşıldığını dedim".

Bu yerdə Ağasəlim bəyin diqqətinə Sadıqovun Pro kateqoriyasına sahib çıxmaq üçün vaxtilə "Çelsi", "Roma" kimi ünlü klublarda təcrübə topladığını çatdırdıq. Aldığımız cavab belə oldu: "Kateqoriya üçün səfər 2-3 günlük olur, o heç. Mənim dediyim 7-10 günlük səfərlərdir. İldə 2 dəfə vaxt edib getmək olar. Həftəboyu orda olmalı, böyük komandaların oyunlara necə hazırlaşdığını görməlisən".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!