fotofakt

“Volkswagen”in 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 illik aqrar ixracından çoxdur”

Tarix:15-01-2020, 14:30
Baxış Sayı:80

“Volkswagen”in 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 illik aqrar ixracından çoxdur”
“Nefti nəzərə almasaq Azərbaycanın ixrac etdiyi məhsulun 1 kilosunun dəyəri ortalama 1 dollar civarındadır, inkişaf etmək üçün ixrac məhsulunun 1 kq-mı ortalama azı 10 dollar olmalıdır”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli səsləndirib.

“Çox güman, 9 Fevralda formalaşacaq Parlament keçici olacaq, bir müddət sonra buraxılacaq, amma ondan öncə ölkədə yeni referendum olacaq, proporsional seçki sistemi bərpa olunacaq, ikinci hakim partiya yaranacaq, prezidentin 2 dəfədən çox seçilmə haqqının olmaması yenidən tədbiq ediləcək, Nazirlər Kabineti, İcra Başçısı institutu ləğv ediləcək, rayonlar əvəzinə iqtisadi və inzibati bölgələr yaranacaq.

Ölkə böyük və köklü dəyişikliklərə hamilədir, bunu analiz etmək, doğru oxumaq lazımdır. İdarəetmədə köklü dəyişiklik olmasa ölkə iqtisadiyyatında heç bir pozitiv irəliləyiş mümkün deyil.

Nefti nəzərə almasaq Azərbaycanın ixrac etdiyi məhsulun 1 kilosunun dəyəri ortalama 1 dollar civarındadır, inkişaf etmək üçün ixrac məhsulunun 1 kq-mı ortalama azı 10 dollar olmalıdı. Bu isə pomidor-xiyarla mümkün deyil - bu gün neft-qazdan gələn gəliri əvəz etmək üçün aqrar ixracatımız 20-25 dəfə artmalıdı - bu isə fiziki olaraq mümkün deyil. Bu gün bir fermer gərək 2 ton pomidor satsın ki, bir keyfiyyətli smartfon alsın, bu gün Volkswagen şirkətinin 36 saata istehsal etdiyi məhsulun dəyəri Azərbaycanın 1 ilə ixrac etdiyi aqrar sektorun dəyərindən çoxdur - belə modellə inkişaf etmiş ölkə olmaq mümkün deyil. Əsas bəla da idarəetmə sisteminin zay, məhkəmə sisteminin ədalətsiz olmasıdır”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!