fotofakt

Neftin qiyməti düşür: Hökumət dolların bahalaşmasını önləyə biləcəkmi...

Tarix:4-02-2020, 12:19
Baxış Sayı:139

Neftin qiyməti düşür: Hökumət dolların bahalaşmasını önləyə biləcəkmi...
Dünən dünya bazarlarında Brent Grude neftinin qiyməti 54 dollara düşüb.Nymexs markalı neftin qiyməti isə 49,9 dollar təşkil etdi. Bu o deməkdir ki, neft qiymətləri üzrə həyəcan təbili çalınır.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə gün öncə keçirilən mətbuat konfransı zamanı bildirdi ki, əgər hər hansı şok hadisə baş versə belə, 52 milyard dollar valyuta ehtiyatımız var və bütün şokların qarşısını almağa gücümüz çatar. Onun sözlərinə görə Azərbaycanın tədiyyə balansı neftin 55 dollarlıq qiymətinə görə hesablanıb.

İqtisadçı alim Qubad İbadoğlu Elman Rüstəmovun fikirləri ilə razılaşmayıb və fikrini başqa şəkildə əsaslandırıb.

Qubad İbadoğlu AMB-nin öz saytında dərc etdiyi materiallara əsasən iddia edir ki, Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollar deyil, Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın saytında göstərildiyi kimi 6 milyard 258 milyon dollardır.

“Neftin qiymətlərinin kəskin azalması ilə bizləri nə gözləyir?” sualını verməyəcəyik. Bu artıq dəfələrlə yaşanmış haldır və başımıza gələcək olan maliyyə çətinliklərinin acı təcrübəsini artıq bilirik. Bəs vəziyyətdən çıxış yolu nədir?

Bizimyol.info-nun sualını iqtisadçı alim Qubad İbadoğlu cavablandırıb:

“AMB-nin sədri bilməlidir ki, qlobal şoklar yalnız tədiyə balansına təsir göstərmir, Xatrladım ki, neftin ucuzlaşmasının son həddi 55 dollar olmaya bilər. Qiymətlər bu həddən aşağı olarsa ARDNF-nin büdcəyə transfertində problem yarana bilər. Neftin qiyməti hər barrel üçün 55 dollardan aşağı düşərsə, ADRNF dövlət büdcəsinə transfertləri tam və vaxtında köçürə bilməyəcək. Bu da son nəticədə büdcənin xərclərinin maliyyələşdirilməsində, xüsusilə də əmək haqlarının ödənilməsində çətinliklər yarada bilər.

İqtisadçı alim çətin vəziyyətdən çıxmaq üçün 3 konkret təklif irəli sürür: “Valyuta ehtiyatları bizə çox vacibdir. Biz növbəti devalvasiyanın qarşısını almaq üçün valyuta ehtiyatlarına üz tutmalı olacağıq. Buna görə görülməsi vacib olan işlərdən biri valyuta ehtiyatlarının qorunması olmalıdır. Bir tərəfdən qənaət rejiminə keməliyik, digər tərəfdən çalışmalıyıq ki, qeyri-neft sektorundan dövlət büdcəsinə daxil olmalar artsın. Bu da kölgə iqtisadiyyatının leqallaşdırılması yolu ilə mümkündür. Üçüncü təklif ondan ibarətdir ki, valyuta ehtiyatlarını qoruyaq və genişləndirək. Bir daha təkrar edirəm, qənaət rejiminə keçilir, gizli iqtisadiyyat leqallaşdırılır və qarşıdan gələn şokları neytralllaşdırmaq , vəziyyəti sabitləşdirmək üçün valyuta ehtiyatlarının arıtılması istiqamətində addımlar atılmalıdır. ARDNF-nin aktivləri əldə edilmiş neft pullarının gələcək nəsillərə ötürülməsi məqsədilə formalaşdırılıb, bu vəsait anti-böhran təyinatlı ola bilməz.”.

Alim həmçinin xatırladıb ki, İkincisi, valyuta ehtiyatlarının tərkib hissəsi kimi təqdim olunan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri yalnız valyutadan və qısa müddətli likvid vəsaitlərdən ibarət deyil. Aktivlər istiqrazlar, pul bazarı alətləri, səhmlər, əmlakda yerləşdirilib və bu vəsaitlərin pula çevrilmə qabiliyyəti müxtəlifdir.

Eyni zamanda aktivlər ora hesabla 3-5 müddətinə yerləşdirilib. Yəni ARDNF onları istədiyi zaman istifadə edə bilməyəcək.

“Qlobal maliyyə bazarlarındakı şoklar aktivləri dəyərsizləşdirə bilər. Yəni səhmlər qiymətdən düşə, əmlak və qızıl isə ucuzlaşa bilər. Odur ki, beynəlxalq metodologiyada ölkənin rəsmi valyuta ehtiyatları dedikdə yalnız AMB-nin sərəncamında olan vəsaitlər nəzərdə tutulur. Bir də Maliyyə Nazirliyinin yığımları bura əlavə olunur” deyə o qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!