fotofakt

İqtisadçı: “Vəziyyət koronavirusun nə qədər davam edəcəyindən asılıdır”

Tarix:10-03-2020, 15:58
Baxış Sayı:151

İqtisadçı: “Vəziyyət koronavirusun nə qədər davam edəcəyindən asılıdır”
Bir neçə gündür cəmiyyətimiz neftin qiymətlərinin aşağı düşməsi və növbəti devalvasiyanın olub–olmayacağı barədə xəbərlərlə çalxalanır. Sadə insanlar vəziyyətdən çıxış yolu olaraq və bu qarışıq durumda bir balaca mənfəət əldə etmək məqsədilə dollar almağa üz tutublar. Amma kütləvi şəkildə başlanan bu hərəkat həm ajiotaja, həm də yeni iddialara səbəb olub.

Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, dolların qiyməti banklarda yox, qara bazarda qalxa bilər.

“İndiki vəziyyəti 2015-ci il vəziyyəti kimi qiymətləndirmək düzgün deyil. Çünki, 2015-ci ildə manat kütləsi daha çox olduğu üçün dollarlaşma da sürətli gedirdi. Bu da avtomatik olaraq dollar qıtlığına gətirib çıxarırdı. İndiki vəziyyətdə isə dollara ehtiyac o zamanki qədər deyil. Həm də bilirik ki, hal-hazırda səbəb koronavirusunun yayılmasından qaynaqlanır. Beləki Çindəki vəziyyət neftə olan tələbatı azaltdığı üçün qiymət düşməkdə davam edir. Çindəki vəziyyətdən isə istifadə edərək Rusiyanı sıxışdırmaq istəyirlər. Belə olan halda isə OPEC ölkələri neftin hasilat həcmini artırmaqla bərabər hətta diskauntlara da getməyə hazırdır. Təbii ki, bu vəziyyət onların özlərində də itkiyə səbəb olur. Bu bir növ dempinqi xatırladır. Bazarda olan digər tərəfin ram edilməsi. Koronavirusun isə nə qədər davam edəcəyi hələki bəlli olmadığına görə proses davam edəcək kimi görsənir. İndiki vəziyyət yalnız siyasi-psixoloji vəziyyətdən asılıdır.

Neftin yenidən qiymətinin qalxması bir-başa koronavirus probleminin həll olunması ilə bağlı nikbin xəbərlərin nə vaxt olacağından asılıdır. Hal-hazırda isə devalivasiyanın olacağı inandırıcı deyil. Mərkəzi Bank tərəfindən dollar satışına məhdudiyyət qoyulması isə ajiotajın qarşısını almaq üçündür. Hal-hazırki vəziyytəin uzun müddət davam edəcəyinə inanmıram. Dolların bahalaşması isə qara bazarda olacaq. Biz bunu əvvəlki devalivasiyalarda da gördük. Əgər vəziyyət uzun müddət davam edərsə, o zaman artıq təbii ki, vəziyyət başqa ssenari üzrə gedəcək”- deyə o qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!