fotofakt

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

Tarix:2-05-2019, 10:06
Baxış Sayı:250

 Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə iştirakçıları təbrik edib, şahmatçıları və qonaqları salamlayaraq deyib: Azərbaycanda tarixən şahmat geniş yayılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şahmat daha da inkişaf etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının formalaşdırılmasına öz töhfəsini vermişdir.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası, bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər.

"Hər il olduğu kimi, bu il də “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının kütləviliyi ilə fərqlənir", - deyən Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb

 Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

 Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

 Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH

Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir

Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır

Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti

Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü

Bir Ananın Səbrində Bir Millətin Qüruru!!