fotofakt

Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaqdır

Tarix:21-10-2019, 17:05
Baxış Sayı:61

Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaqdır
Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də ölkəmizdə sabitliyi dəstəkləyirlər. Buna görə də, hər bir Azərbaycan vətəndaşı ölkəmizdə keçirilən qanunsuz mitinqlərə öz etirazını bildirməlidir. Bir müddət öncə Prezident İlham Əliyevin “Valday” Diskussiya Klubunda ortaya qoyduğu qəti mövqedən sonra bu kimi halların baş verməsi təsadüfi deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ölkədə keçirilən qanunsuz aksiya ilə bağlı Yeni Azərbaycan Partiyasında oktyabrın 21-də keçirilən tədbir zamanı deyib.

Əli Əhmədov qeyd edib ki, belə aksiyaların məqsədi ölkəmizdə siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır. Bu isə, təbii ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir.

“Aydın görünür ki, qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur. Mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılır. Bu həm insanların hərəkətinə mane olmamaq, həm də elə mitinq iştirakçılarının özlərinin təhlükəsizliyi baxımından vacibdir.

Lakin qanunsuz aksiyalara qatılanlar bunu nəzərə almırlar. Bu isə insanlarda narahatlığa səbəb olur, onların rahat hərəkətinə maneçilik törədir”, - deyə Əli Əhmədov qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!