fotofakt

Deputat Nazirlər Kabinetinin qərarını tənqid edib

Tarix:25-11-2019, 15:56
Baxış Sayı:102

Deputat Nazirlər Kabinetinin qərarını tənqid edib
“Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısı bütün çıxışlarında bildirib ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır”.

Fotofakt.az xəbər verir ki, bunu deputat Elman Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır:

“Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu qərarlar məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasını gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Axı, bu, ziddiyyət təşkil edir. Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə və onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”(report)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!