fotofakt

Dövlət başçısı: “Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı”

Tarix:4-12-2019, 22:11
Baxış Sayı:85

Dövlət başçısı: “Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı”
“Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur”.
Bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı. Çünki gördüm ki, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad, Sovet vaxtında tikilmiş sanatoriyalar dağılıb və şəhərdə minlərlə köçkün məskunlaşıb, onların da vəziyyəti çox ağır idi.

Ona görə də göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq Naftalan şəhərində bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu. Yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası mənim iştirakımla açıldı. 3 beşulduzlu otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hal-hazırda üç və dörd ulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il Sovet məkanından 70 min adam müalicə üçün qonaq gələrdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq 30-40 min insan Naftalana dincəlməyə və müalicə almağa gəlir. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca məqsədimizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir”, - dövlət başçısı bildirib.

"Bir sözlə, sizə göstərilən böyük etimad sizin üçün böyük avansdır. İndiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur – xüsusilə pozuntularla bağlı. Rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə onlara köməklik göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı olsun. Əgər vətəndaşlar razı olsalar, atalar söz var, xalqın gözü tərəzidir, mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Əgər mənim etimadımız doğrultmasanız onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhəri və Hacıqabul rayonunun inkişafına töhfə verəcəksiniz", - Prezident əlavə edib. (Report.az)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!