fotofakt

Qubad İbadoğlu: “Seçkilərdəki gənc namizədlər gələcək müxalifətçilərdir”

Tarix:17-12-2019, 14:57
Baxış Sayı:63

Qubad İbadoğlu: “Seçkilərdəki gənc namizədlər gələcək müxalifətçilərdir”
“Hakimiyyətin seçimi ilə qarşılaşan, eləcə də ədalətsiz seçki prosesində iştirak edib təcrübə qazanan gənclərin əksəriyyəti seçki bitəndən sonra aktiv siyasətə qoşulub, mübarizəni seçidəki problemləri əvvəlcədən görən və bəyan edən, hakimiyyətə mandat alverinə getməyən ictimai-siyasi təşkilatların sıralarında davam etdirəcəklər”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. “Müstəqil gənclərin ilk dəfə namizəd və ya müşahidəçi olmasından asılı olmadan bələdiyyə və yaxud da parlament seçkisinə istənilən statusda qatılmasını alqışlayıram. Çünki, seçki siyası məsələdir, hakimiyyət də arzulamadan müstəqil gəncləri özü siyasətə çəkir və müstəqillərin müxalifətə transformasiyasını sürətləndirir. Belə gənclərin seçkidən hansı nəticələrlə çıxacağı indidən məlumdur. Heç şübhəsiz ki, müstəqil namizədləri öz dairələrində hakimiyyətin namizədinə "uduzduracaqlar".

Beləliklə də xalqın deyil, hakimiyyətin seçimi ilə qarşılaşan, eləcə də ədalətsiz seçki prosesində iştirak edib təcrübə qazanan gənclərin əksəriyyəti seçki bitəndən sonra aktiv siyasətə qoşulub, mübarizəni seçidəki problemləri əvvəlcədən görən və bəyan edən, hakimiyyətə mandat alverinə getməyən ictimai-siyasi təşkilatların sıralarında davam etdirəcəklər. İndiyə qədər müşahidəçi mövqeyində dayanan müstəqil gəncləri siyasətə qatmağın bundan yaxşı alternativi ola bilməz. Odur ki, onlara seçki prosesində yaxşı təcrübə qazanmaq üçün məhsuldar, seçkidən sonra isə siyasətdə davamlı fəaliyyət arzulayıram”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!