fotofakt

Azərbaycanın bu rayonları bələdiyyə seçkilərindən kənarda qaldı - SİYAHI

Tarix:23-12-2019, 21:05
Baxış Sayı:67

Azərbaycanın bu rayonları bələdiyyə seçkilərindən kənarda qaldı - SİYAHI
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, MSK-da 4 972 356 seçici 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçir. Səsvermədə 5049 məntəqədə həyata keçiriləcək.

Amma bələdiyyə seçkilərini prezident və parlament seçkilərindən fərqləndirən əsas cəhət bütün ölkə vətəndaşlarının səsvermə hüququnun olmaması ilə bağlıdır. Belə ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən məcburi köçkün düşən sakinlərin heç biri səsvermə hüququna malik deyil.

Kəlbəcər, Xocalı, Şuşa, Xankəndi, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın rayonları bütövlükdə, Xocavənd, Tərtər, Füzuli, Ağdam rayonlarının qismən işğal altında qalan torplaqlarından didərgin düşmüş məcburi köçkünlərin səsvermə hüququ yoxdur. Məhz bu səbəbə görə, onlar sayca 5-ci dəfə keçirilən bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhkumdur.

Bəs seçki prosesini həyata keçirən Mərkəzi Seçki Komissiyasının məsələyə münasibəti necədir? MSK yüzminlərə ölkə sakinin seçki prosesindən kənarda qalmasını nə ilə izah edir?

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov hələ 2009-cu ildə bələdiyyə seçkiləri öncəsi məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakında problemli məqamların olduğunu açıqlamışdı.

O, yerli özünüidarəetmə orqanlarının həmin ərazilərdə yaşayan əhali tərəfindən formalaşdırıldığını açıqlamışdı. Məcburi köçkünlər isə müxtəlif ərazilərdə məskunlaşdığından, onların öz bələdiyyələrini formalaşdırmaq imkanları yoxdur.

MSK sədrinin bildirdiyinə görə, bu vaxta qədər dünya təcrübəsində qaçqın və məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması müəyyən edilməyib. Mərkəzi Seçki Komissiyasının bütün seçkilərdə məcburi köçkünlərin iştirakına çalışdığını deyən Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində bu məsələni tam həyata keçirmək mümkün deyil: "Çünki bələdiyyələr özünüidarə orqanıdır. Bu qurumları müəyyən yerlərdə daimi yaşayan insanlar formalaşdırır. Bu, bir qədər incə məsələdir. Amma qanun belədir ki, bələdiyyə seçkilərində məcburi köçkünlər iştirak etməməlidirlər".

Rəsmi məlumatlara görə, Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!