fotofakt

İcra başçısının rəis vəzifəsindən qovulan oğlu barədə maraqlı iddialar

Tarix:23-12-2019, 22:29
Baxış Sayı:80

İcra başçısının rəis vəzifəsindən qovulan oğlu barədə maraqlı iddialar
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vaxtilə polis orqanlarında işləmiş oğlu Vüsal Qaraşov ötən bir neçə il ərzində Rusiyada bizneslə məşğul olub.

Bizimyol.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib. Şirkət 10 min rubl nizamnamə kapitalı ilə vilayətin 1 nömrəli vergi idarəsində 1173328006070 saylı lisenziya alıb:

"Muromtcevo qəsəbəsinin Pervomaysk küçəsi 70 ünvanındakı binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib. Şirkəti Bursikova Yekaterina Vasilevna adlı şəxs idarə edib.

2019-cu ilin yanvarında Vüsal Qaraşov şirkətin ləğv olunması üçün yerli vergi orqanlarına müraciət edib. Şirkət hazırda ləğvolunma prosesindədir."
Sonda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Məsələylə bağlı Bizimyol.info-nun sualına Lənkəran rayon icra hakimiyyətindən çox qısa cavab verildi. Adının çəkilməsini istəməyən şəxs deyilənlərin yalan və böhtan olduğunu bildiridi.

Qeyd edək ki, bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun xəstələnərək xəstəxanaya yerləşdirilməsi xəbərləri yayılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:
"Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib.

Taleh Qaraşov öz iş fəaliyyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil.

Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!