fotofakt

XİN: Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəkləyirik

Tarix:4-02-2020, 13:54
Baxış Sayı:119

XİN: Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəkləyirik
Fevralın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, iclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Azərbaycanın bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.(apa)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!