fotofakt

Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi

Tarix:21-02-2020, 13:21
Baxış Sayı:74

Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Nazirlər Kabineti özünün “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, yuxarıda adıçəkilən Əsasnamənin 3-cü hissəsinin ikinci abzası ləğv edilsin.

Bundan əvvəlki qərarla (1999-cu il 11 avqust tarixli) Əsasnamənin 3-cü hissəsinin ikinci abzasında yazılırdı ki, Komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir.

Əli Əsədovun qərarla isə Komissiyanın bu səlahiyyəti əlindən alınıb.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli fərmanının 1.3-cü bəndini təmin etmək məqsədi ilə imzalanıb.

“Yol Hərəkəti haqqında” qanunun 9-cu maddəsinin 9-cu bəndinə əsasən avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

Bundan sonra avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakıda isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.(oxu.az)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!