fotofakt

DTX Neftçalada nəyi araşdırır? – Tutulanların SİYAHISI

Tarix:21-02-2020, 13:32
Baxış Sayı:85

DTX Neftçalada nəyi araşdırır? – Tutulanların SİYAHISI
Dünən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BakuPost xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslər isə İcra Hakimiyyətinin binasında dindirilir. Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.

Məlumata görə, dindirilmə əsasən rüşvət faktlarıyla bağlıdır. Bu istiqamətdə dünəndən bəri xeyli adamların izahatları alınıb.

Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.
Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.

Dünən onun tutduğu vəzifədən azad edilməsilə bağlı Prezident sərəncam imzalayıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!