fotofakt

"Dünya mediası bu saat ancaq ondan yazır ki, Azərbaycan bir möcüzə yaratdı"

Tarix:12-11-2020, 11:50
Baxış Sayı:142

"Dünya mediası bu saat ancaq ondan yazır ki, Azərbaycan bir möcüzə yaratdı"
"Şuşanın işğaldan azad olunması xalqımızda bizim qürurumuzu geri qaytardı".

Bunu Milli.Az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

"Dünya mediası bu saat ancaq ondan yazır ki, Azərbaycan bir möcüzə yaratdı"

Məşhur xanəndə bildirib ki, Qarabağ Azərbaycan xalqını birləşdirdi:

"Oyaq idim, gecə 2-də Qarabağın işğaldan az olunması xəbəri elan olunanda keçirdiyim hissləri dilə gətimək çox çətindir. Biz heç vaxt belə qələbə sevinci yaşamamışıq. Ona görə də bizim bu qələbənin əvəzi yoxdur. Xalq olaraq biz bu gün bir yumruq kimi birləşmişik.

Qardaşımın oğlu Xüsusi Təyinatlı idi, şəhid oldu

Xalqımızın demək olar ki, 7-dən 77-yə hər bir üzvü bu qələbəni qeyd edir. Bunu görmək çox qürurvericidir. Mən gecə 2-dən 4-ə qədər televiziyadan qələbə xəbəri ilə bağlı gedişatı izlədim, sonra baxdım ki, camaat şəhərə çıxır, mən də getdim Şəhidlər Xiyabanına. Səhərə qədər xalqımızla bir yerdə Şəhidlər Xiyabanında olmuşam, oxumuşam, şüar səsləndirmişik, şəhidlərin məzarını ziyarət etmişik. Çünki mən şəhidlərin ruhu qarşısında baş əyirəm. Bizim də ailəmizdə bu döyüşlərdə iki nəfər şəhid oldu, həm xalamın nəvəsi, həm də qardaşımın oğlu. Özü də qardaşımın oğlu Xüsusi Təyinatlı idi. 30 gün döyüşdü və sağlığında şəhidlərimizin qisasını aldı. Vətənimizin uğrunda şəhidlik zirvəsinə yüksəldi və o şəhid oğullarımızın, qəhrəmanlarımızın sayəsində biz bu torpaqları qaytardıq. Vətəni vətən edən şəhidləridir, onların tökülən qanıdır.

Ordumuz dünyanı mat qoydu

İgid Ordumuz şanlı dastan yazdı. Şuşamızı texnikasız aldılar. Bütün dünya mediası bu saat ancaq ondan yazır ki, Azərbaycan bir möcüzə yaratdı. Hərbi ekspertlər rəy verirdilər ki, Şuşanı yaxın vaxtda Azərbaycan azad edə bilməz, mümkün deyil, hərbin qanunu var, filan var. Amma Ordumuz bir günün içində dünyanı mat qoydu. İgid oğullarımız gecəylə Şuşaya qalxıb onu düşməndən azad etdilər.

Qələbəmiz onun sayəsində oldu

Ali Baş Komandanımızın ətrafında xalqımız bir əsgər kimi, yumruq kimi birləşdi. Qələbəmiz də onun sayəsində oldu. Kədərimiz də, sevincimiz də bir oldu. Şəhid analarının qarşısında baş əyirəm. Yaralıların hamısına Allahdan acil şəfa diləyirəm. Ordumuza, Ali baş Komandanımıza can sağlığı arzu edirəm, Allah onları qorusun. Ali Baş Komandanımız bir sərkərdə kimi tarix yazdı. Biz xalq kimi, millət kimi, əsgər özümüzü dünyaya sübut etdik ki, biz həqiqətən qəhrəman xalqıq, həqiqətən mədəniyyətli xalqıq ki, biz heç vaxt sivil insana, heç düşmənimizə də, nə qadına, nə uşağa, nə digər mülki insanlara atəş açmadıq. Amma görün bu vəhşilər neylədilər, nə qədər bizim sivil insanlarımızı qırdılar?! Biz bir daha özümüzü Azərbaycan türkü olaraq dünyaya sübut etdik və bu gün də bu qələbəni biz haqq edərək qazanmışıq ki, biz onu bu gün qeyd edirik. Şükür ki, bu gün Qarabağ bütövlüklə sahibinə qayıdır, Azərbaycanın xəritəsi bütövləşir.

Muğamımız yetim qalmışdı

İndi böyük sənətkarlarımızın, Üzeyir bəyin ruhu şaddır. Mən bu səsi o torpaqda qazanmışam. Özüm Ağdamlıyam, o torpağın bir zərrəsiyəm. 30 ildir biz həsrət qalmışdıq torpaqlarımıza, ora gedə bilmirdik. O torpaqdan səs gəlmirdi, səs çıxmırdı. Muğamımız da yetim qalmışdı. O torpaqlar neçə illər idi bizdən küsmüşdü, susuz xaraba qalmışdı. Allah onların bəlasın versin, torpağa elə baxmazlar axı. Şəhərlərimizi viran qoyublar. Bütün bu faktları imkan daxilində dünya ictimiyyətinə, diplomatlara, bizi qınayan ikili standartlardan çıxış edən jurnalistlərə göstərməliyik. Şükür bu günümüzə, şükür ki, Allah bu günü öz millətimizin, ordumuzun qəhrəmanlığı, Dövlət başçımızın müdrikliyi sayəsində bizə nəsib etdi.

Azərbaycanımızın bütün regionlarından şəhidlərin qanı töküldü Qarabağa

Sonda demək istəyirəm ki, Qarabağ Azərbaycan xalqını birləşdirdi. Bu, çox önəmlidir. O torpaq bizim millət üçün bir qibləgaha döndü, bir müqəddəs torpağa çevrildi. Ona görə ki, Azərbaycanımızın bütün regionlarından bütün kəndlərindən şəhdlərin qanı töküldü Qarabağa. Bu insanların hamısı üçün Qarabağ müqəddəs oldu. Bu gün bütün xalqımız Qarabağlıdır. Bir nəfər kimi hamı deyir ki, "Qarabağ Azərbaycandır!". Vətənimizin o baş, bu başı yoxdur, hər tərəfi bizim üçün doğmadır. Fərqi yoxdur dağlıq olsun, səfalı olsun, quraqlıq olsun. Vətəni bulağına görə, dağına görə sevmirlərki. Vətən doğulduşumuz torpaq olduğuna, vətən olduğuna görə sevirik. İnaşllah gedib Qarabağın bərpasında da hamılıqla iştirak da edəcəyik".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!