fotofakt

"Şuşaya çəkilən yol il yarıma yekunlaşacaq, amma bu, o demək deyil ki..." - Dövlət agentliyi

Tarix:18-11-2020, 22:11
Baxış Sayı:69

"Şuşaya çəkilən yol il yarıma yekunlaşacaq, amma bu, o demək deyil ki..." - Dövlət agentliyi
Şuşa şəhərinə yeni tikilən yolun inşasına başlanıb.

Fotofakt.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni yol Füzulinin Əhmədbəyli kəndi ərazisindən başlayaraq Füzuli şəhərindən keçməklə Tağaverdi və Daşaltı ərazilərini əhatə edərək Şuşa şəhərinə çəkiləcək:

"Artıq 3 gündür ki, yolun tikintisi aparılır. Yol Qarabağın gələcək perspektivi nəzərə alınmaqla çəkilir. Yol 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Yolun əsas hissəsi 4 zolaqlı olacaq. 2 hərəkət zolağı isə xidməti yol olacaq. Həmin 2 zolaq yük avtomobilləri və xüsusi texnikaların hərəkəti üçün hesablanıb. 101,5 kilometr uzunluğu olan yolun tam tikintisinin yekunlaşması 1 il 6 aya nəzərdə tutulub. Amma bu o demək deyil ki, il yarım müddətə qədər həmin yolda hərəkət olmayacaq. Yol tədricən tikildikcə hazır olan ərazilər istifadəyə veriləcək. Yol həm yerli, həm də xarici şirkətlər tərəfindən inşa ediləcək. Ərazinin relyefi nəzərə alınaraq həmin yolun tikintisinə Türkiyənin xüsusi ixtisaslaşmış tikinti şirkətləri cəlb edilib".

A.Nəcəfli bildirib ki, yeni tikilən yolun əvvəllər fəaliyyətdə olan Ağdam-Xankəndi-Şuşa yoluna aidiyyatı yoxdur: "Şuşa şəhərinə əvvəllər Ağdam rayonundan yol olub. Lakin bu yolun hələlik istifadəsi mümkün deyil. Ona görə də Şuşaya Füzuli rayonundan yeni yol çəkilir".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!