fotofakt

Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü

Tarix:24-11-2020, 13:27
Baxış Sayı:57

Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü
Şuşadan Gorusa (Laçın dəhlizi) gedən yolda Azərbaycan hərbi formasında bir qrup silahsız insanın görünməsi Ermənistanda panikaya səbəb olub.

Bu barədə “Sputnik Ermənistan” yazıb.

Agentliyin iddiasına görə, onlar Şuşaya gedən yolların kəsişməsində yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yaxınlığında deyilmişlər. İndiki halda Azərbaycan forması geymiş şəxslər Stepanakert (Xankəndi) tərəfdən Şuşaya ikinci girişdən bir neçə kilometr aralıda, nəzarət məntəqələrinin ərazisindən kənarda olublar.

Agentliyin müxbiri David Qalstyan Azərbaycan Ordusunun formasını geymiş iki nəfərin birbaşa yolda dayandıqlarını, guya yoldan keçən avtomobilləri saxlamağa çalışdıqlarını bildirib. 4-5 nəfərlik başqa bir qrup isə yoldan bir az aralı, hansısa binanın yanında dayanıbmış. Onlarda silah görən olmayıb. Yanlarında iki at var imiş. Təhlükəsizliyə görə yoldan keçən sürücülər maşınlarını saxlamayıblar.

Müxbirlər gördükləri barədə Lisagor qəsəbəsi yaxınlığındakı erməni polisinə, habelə Rusiya sülhməramlılarına və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarına məlumat veriblər.

Ermənistan MTX-dan jurnalistlərə bildiriblər ki, “marşrutun həmin hissələrində belə insident qeydə alınmayıb”.

Bununla yanaşı, erməni polisləri jurnalistlərə bildiriblər ki, həmin şübhəli adamlar qrupu barədə onlara əvvəllər o ərazidən keçmiş digər şəxslər də məlumat veriblər./virtualaz.org/

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!