fotofakt

FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA

Tarix:17-12-2020, 16:27
Baxış Sayı:600

FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA
Bəzi media orqanlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnmiş partlayış baş verməsi barədə məlumat yayılıb.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır: "Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş, Zıq qəsəbəsində yerləşən modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib. Təəssüf edirik ki, bəzi media orqanları heç bir dəqiqləşdirmə aparmadan, burada müalicə olunan şəxslərin ailə üzvlərini və yaxınlarını nəzərə almadan, bu cür yalan və böhtan xarakterli məlumatlar yayır. Bir daha qeyd edirik ki, xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa və məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.

Qeyd edək ki, bu gün bəzi media orqanlarında Zığda yerləşən koronaviruslu xəstələr üçün nəzərdə tutulmuş modul tipli xəstəxanada yanğınla nəticələnən partlayış baş verməsi və bunun nəticəsində xəstələr arasında ölüm halının olması barədə məlumat yayılıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!