fotofakt

Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”

Tarix:15-11-2019, 14:01
Baxış Sayı:54

Ölkəyə göndərilən mühacirləri nə gözləyir?: “Yaşayan ölü olacaqlar”
Sosial şəbəkələrdə Azərbaycanlı mühacir Rafael Piriyevin saxlanılması barədə xəbər yayılıb. Rafael Piriyev sosial şəbəkələrdə açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır. Haqqında cinayət işi başladılan Piriyevin Azərbaycana deportasiyası gözlənildiyi bildirilib.
Siyasi mühacir Həbib Müntəzir özünün facebook hesabında “Ən son aldığım məlumata görə bu gecə Almaniyadan, əsasən Bavariya torpağından xeyli azərbaycanlı siyasi mühacir deport olunacaq. Əsasən də Müsavat partiyasının sənədi ilə müraciət edənlər”, - deyə yazıb.

Ümumiyyətlə Almaniyadan 11 nəfərin deportasiya edilməsi ilə cəmiyyətdə müxtəlif söhbətlər dolaşmağa başlayıb. Bir çoxları Azərbaycan hökümətinin saxta sənədlərin düzəldilməsi və ölkə vətəndaşlarının xaricə mühacir getməsində əli olan şəxslərlə bağlı da araşdırmaya başlayacağını iddia edib. Başqa bir iddiaya əsasən Avropada olan azərbaycanlı mühacirlərlərin əksəriyyəti ölkəyə göndəriləcək. Siyasi mühacir Orduxan Teymurxan da öz sosial şəbəkə hesabında mühacir alveri ilə məşğul olan mütəşəkkil şəbəkənin Alman polisi tərəfindən həbs olunduğunu yazıb. “Kütləvi mühacir deportasiyaları başladı. Mühacirlərin hamısının qapısı döyüləcək. Ölkəni tərk edənlər başına bu işlərin gələcəyini də gözə almalıdır”.

Bu fikirlərin nə dərəcədə doğru olması, ölkəyə qaytarılacaq siyasi mühacirləri nələrin gözləməsi barədə Bizimyol.ıinfo-ya politoloq İlham İsmayıl danışdı.

“Məncə bu məlumatlar qəsdən yayılan xəbərlərdir və profilaktik xarakter daşıyır. Xaricdə oturub arxayınca söyən adam oturum almış, siyasi mühacir adına arxayın olmuş adamlardır. Onların geri qaytarılacağına inanmıram. Bu günlərdə özünü yandıran bir mühacir oldu, azərbaycanlı hazırda Almaniyada müalicə alır onun geri veriləcəyinə inanmıram. Almaniya hökuməti dərhal bu məsələyə fərqli münasibət sərgiləyir. O Özünü yandıran siyasi mühacir deyildi heş Siyasi mühacirləri heç geri verməzlər. Amma ümumiyyətlə mən xaricdə oturub ölkədəkiləri söyməyi düzgün hesab etnmirəm. Ölkə xaricində siyasi mübarizə aparmaq olar. Soljenitsin belə mübarizə apardı.İran inqilabının lideri Xomeyni ölkəsində rəhbərliy gələnə qədər Fransada siyasi mübarizə apardı. Amma söyməklə yox, normal mübarizə aparmaq lazımdır. O ki qaldı onlar geri qayıdarsa, ölkədə cəza alıb almayacaqlarına. Mən hesab edirəm ki onlar burada yaşayan ölülərə çevrilcəklər. Cəza alacaqlar , həm də ən qatı şəkildə.Onlar üçün çox pis olar. Söhbət söyənlərdən gedir. Söz yox onları söyməyə burdan onlara söyənlər vadar edirdilər. Necə getmələrindən asılı olmayaraq belə etməməliydilər. Amma onların gələcəyinə inanmıram.Göndərilsələr onlar da özlərini yandırar və hansısa xəsarət yetirərlər.Bu sensasiya xarakterli xəbərlərdir”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!