fotofakt

DİQQƏT! Bakıda bu qəsəbə plana düşüb? - SİYAHIYAALMA BAŞLADI

Tarix:3-12-2019, 12:38
Baxış Sayı:59

DİQQƏT! Bakıda bu qəsəbə plana düşüb? - SİYAHIYAALMA BAŞLADI
Bakının Nərimanov rayonunda yerləşən Böyükşor qəsəbəsində evlərin siyahıya alınmasına başlanıb.

Fotofakt.az xəbər verir ki, sakinlər bu ərazidə yerləşən evlərin söküləcəyini, yeni metro stansiyası tikiləcəyini iddia ediblər.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "Y1" adlandırdığımız stansiyadır. Bu stansiya "Koroğlu”ya yaxın ərazidə yerləşəcək. Yəni, Böyükşor qəsəbəsinin yaxınlığında olacaq. Lakin yeni stansiyaların konkret yeri barədə indidən nəsə demək çətindir. "Y1” stansiyasının inşaat işləri ilə bağlı hələ qərar verilməyib”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov isə qeyd edib ki, sözgedən ərazidə heç bir söküntü işləri planlaşdırılmır. Evlərin siyahıya alınmasının başqa səbəbi var:

"Bilirsiniz ki, Böyükşor qəsəbəsində çox sayda sənədsiz evlər var. Bu siyahıyalma da həmin evlərə çıxarış verilməsi ilə bağlıdır. Evlərin kvadratı ölçülür, qeydiyyatda olan şəxslər müəyyən edilir”. (Redaktor.az)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!