
Bakı metrosunda oğurluq hadisəsi baş verib.
Hadisə yanvarın 19-u saat 16:30 radələrində metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.
Sərnişin Nigar Həmidova polisə mobil telefonunun oğurlandığı barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olmuş, Bakı sakini, 1966-cı il təvəllüdlü Elçin Məmmədov saxlanılıb.
Şübhəli şəxsin ətrafında aparılan araşdırmalar zamanı E.Məmmədovun həmin gün saat 14:30 radələrində metronun “28 May” stansiyasında Xəyalə Abudovanın da mobil telefonunu oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.(apa)