fotofakt

"Hər yanı su basıb, evə pəncərədən giririk" - Video

Tarix:21-01-2020, 16:49
Baxış Sayı:134

"Hər yanı su basıb, evə pəncərədən giririk" - Video
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri ərazidə kanalizasiya sisteminin olmamasından və həyətlərinin yağış sularını basmasından şikayəçidirlər.

Şikayətçilər bildirib ki, yağışlı havalarda evlərdə yaşamaq mümkün olmur.

“Su pilləkənlərə qədər qalxır. Vəziyyət o həddədir ki, evə pəncərədən girib-çıxırıq. Mütləq qəsəbəyə kanalizasiya sistemi lazımdır. Ümumiyyətlə, Binə qəsəbəsində kanalizasiya sistemi olmayıb. 2-3 ildir ki, vəd verirlər, amma tədbir görən yoxdur. Yollar bərbad gündə, suyumuz da yoxdur. Qəsəbədə hamı eyni vəziyyətdədir”, - şikayətçilər qeyd edib.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı "Report"a bildirib ki, Binə qəsəbəsinə ötən il 40 km-dən artıq su xətləri çəkilib:

“Kanalizasiya sisteminin çəkiləcəyi hələ bilinmir. Su xətlərinin çəkilişi isə bu il də davam etdiriləcək. Hazırda qəsəbənin 30 faizində mərkəzləşdirilmiş su xətti var. Qaldı ki, həyətlərə yağış sularının dolmasına, ona Xəzər rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası baxır”.

Xəzər rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə bələdiyyəsi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qalıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!