fotofakt

Ordumuz şimaldan və cənuban irəliləyir - Füzuli, Ağdərə, Xocavənd...

Tarix:12-10-2020, 22:25
Baxış Sayı:151

Ordumuz şimaldan və cənuban irəliləyir - Füzuli, Ağdərə, Xocavənd...
Azərbaycan ordusu düşmənə zərbələr endirməyə davam edir. Əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın xeyli hissəsi azad olunub.

Bəs, işğaldan azad edilən yüksəkliklərin nə kimi stratejik əhəmiyyətləri var?

Bu barədə Redaktor.az- a müsahibəsində "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, Azərbaycan ordusu Qarabağın “ürəyinə” yeriyib:

“Hazırda Azərbaycan ordusunun azad etdiyi ərazilərin ümumən Qarabağ üçün strateji əhəmiyyəti böyükdür. Murovdağ zirvəsi ermənilərin müdafiə xəttinin qırılması, Gorus- Kəlbəcər yolunun bilavasitə atəş altında saxlanılması deməkdir. Artıq bu yol ilə Ermənistan heç bir silah-sursat, canlı qüvvə daşıya bilmir. Ordumuz Cəbrayıl- Hadrutdan birbaşa Qarabağın “ürəyinə” yeriyib. Cəbrayıl və Hadrut Qarabağa uzanan yolda strateji bir nöqtədir. Bu nöqtədə olan qoşunlar demək olar ki, qismən Ağdamın və Ağdərənin bir hissəsinə nəzarət edirlər.

Bildiyimiz kimi Talış kəndi də Ağdərənin yüksək nöqtəsində yerləşir. Bu hissədən həm Kəlbəcər, həm də Ağdərə ordumuzun nəzarət altına düşmüş olur.

Ekspert Qarabağın ətrafının ordumuz tərəfindən hilal şəklində mühasirədə olduğunu bildirib:

“Demək olar ki, strateji baxımdan əhəmiyyətli olan yüksəkliklər, ərazilər, yollar Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Hazırda 3 istiqamətdə Qarabağa yerimişik. Qarabağın relyefi elədir ki, ordakı hər daş, qaya bir başqa strateji yer, ərazidir. Əldə olan yüksəkliklərdən yürüməyə başlasaq, Qarabağda olan düşmən qoşunlarının məhvi qaçınılmazdır".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!