fotofakt

Şamaxılı qazi iştirak etdiyi çətin döyüşlərdən danışır (VİDEO)

Tarix:14-11-2020, 13:36
Baxış Sayı:82

Şamaxılı qazi iştirak etdiyi çətin döyüşlərdən danışır (VİDEO)
Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərdi. Hər bir əsgərimiz şəhidlərimizin qanını aldı. Onlardan bəziləri müxtəlif bədən xəsarətləri alaraq qazi oldu.

Vətən müharibəsi başlayan vaxt "Vətən dardadır” deyərək döyüşlərə könüllü qatılan yüzlərlə oğullarımızdan biri də Mirmövsüm Eynalovdur.

Cəbhədə öz şücaəti ilə düşmən qüvvələrinə ağır zərbə vuran qazimiz özü də döyüşlərdə ağır yaralanıb. O, ayağından və baş nahiyəsindən yaralansa da, bu gün yenə Vətən üçün canından keçməyə hazır olduğunu deyir.

Qazimizin qohum-əqrəbasi onunla qürur duyduğunu, yenilməz ordumuzun Ali Baş Komandanı İlham Əliyevin yanında olduqlarını bildirirlər.

İndi hər kəs bu qəhrəmanı görmək üçün onların evinə ziyarətə gəlir, qəhrəmanımızın keçdiyi uğurlu döyüş yolunu elə onun öz dilindən eşidirlər.

Mirmövsümün ailəsi də indi bu sevinci, torpaqlarımızın düşmən tapdağından qurtulmasını böyük coşqu ilə yaşayır.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!