fotofakt

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur?

Tarix:26-11-2020, 10:56
Baxış Sayı:42

Şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur?Azərbaycanda noyabrın 24-də rekord sayda yoluxma və ölüm qeydə alınıb. Belə ki, 3 646 nəfər koronavirusa yoluxub, 34 nəfər dünyasını dəyişib. Yoluxma artıqca Operativ Qərargah tərəfindən karantin rejimində sərtləşmələrlə bağlı qərarlar verilir. Bu gün sosial şəbəkədə iddia olunan məsələlərdən biri də yaxın günlərdə şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulmasıdır. Azərbaycanda şənbə-bazar insanların çölə çıxmasına qadağa qoyulur?

Professor Adil Qeybulla bildirib ki, həftəsonları karantin rejiminin sərtləşməsi ilə bağlı qərar yeni verildiyindən onun nəticəsini biz 2 həftə sonra görə biləcəyik:

"Sms icazə" və "evdə qal" karantini olsa da nəticəsi olmayacaq. Real vəziyyət odur ki, biz kollektiv immunitetə doğru gedir. Xəstələnlərin sayə həddindən çoxdur. Demək olar ki, koronavirus hər kəsin qapısını döyüb. Rayonlarda yoluxanlar həddindən çoxdur. 3000-4000 rəqəmlərə inanmayın. Onlar testdən keçmiş və həkimə müraciət edən şəxslərin statistikasıdır. Amma real vəziyyət daha acınacaqlıdır. Ona görə də görünən tədbirlərin çox da nəticəsi olmayacaq. Düşünürəm ki, pik həddən sonra biz yoluxanların sayında eniş olacaq və insanlarda kütləvi immunitet formalaşacaq. Qaldı ki, şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyulması məsələsinə, yoluxma artarsa, bu yenidən tədbiq oluna bilər. Amma ictimai nəqliyyatdan insanlarımız 5 gün ərzində istifadə edir. Bərbad vəziyyətdə insanların avtobusda gedib-gəlməsi yoluxma sayının artması üçün kifayyətdir".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!