fotofakt

Həkim koronavirusla bağlı əhaliyə çağırış etdi

Tarix:15-12-2020, 10:15
Baxış Sayı:70

Həkim koronavirusla bağlı əhaliyə çağırış etdi
Koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri dünyanın hər yerində davam etməkdədir. Amma virusun yayılması nəinki səngimək bilmir, əksinə, artmaqda davam edir.

Payız-qış mövsümünün gəlməsi ilə infeksiya artmağa başladı və artıq bunun qarşısını almaq xeyli çətinləşib. Bəs bunun səbəbi nədir və biz özümüzü, doğmalarımızı qorumaq üçün daha nələri etməliyik?
Bu barədə Oxu.Az-ın suallarını Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova cavablandırıb.

O bildirib ki, Azərbaycanda həyata keçirilən ardıcıl və düşünülmüş tədbirlər pandemiyanın əvvəllərində onun qarşısını qismən almışdı:

“Koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli artım müşahidə olunur. Son günlərdə Azərbaycanda da COVID-19-un sürətlə yayılması hər birimizi narahat edir. Belə ki, yoluxmaların sayı 4200-ü, ölənlərin sayı isə 40-ı keçib. Bunun bir çox səbəbləri vardır.

Hər şeydən əvvəl, insanlar pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həm açıq, həm də qapalı məkanlarda maskalardan istifadə etməlidir. Dəfələrlə deyilməsinə baxmayaraq, bəzi insanlar maskadan düzgün istifadə etmir: maskanı çənənin üstündə gəzdirir, vaxtında dəyişmir, günlərlə eyni maskadan istifadə edirlər, çirklənmiş maskaları hara gəldi atırlar və bəzi hallarda qarşısındakı insanla danışdıqda maskanı çıxarırlar. Bununla da virusun yayılmasına rəvac verirlər.

İnfeksiyanın yayılma səbəblərindən biri də insanlar arasında virusa inanmamaq kimi düşüncənin, virusun onlara keçməyəcəyi ilə bağlı arxayınlaşmanın yaranmasıdır. Onlar karantin rejiminin, bəzi məhdudiyyət tədbirlərinin yumşaldılmasından sonra virusla mübarizə qaydalarına əməl etmək, infeksiyadan qorunmaq istəmirlər. Çox təəssüf ki, bir sıra obyektlərdə insanlar maskadan yalnız cəriməyə düşməmək üçün istifadə edirlər”.

Payız aylarında yenidən artmağa başlayan koronavirusa yoluxmanın yeni antirekord rəqəmlərə çatdığını deyən həkim buna respirator xəstəliklərin məhz bu aylarda artmasının səbəb olduğunu deyib:

“Bu vəziyyətdə risk kateqoriyasına daxil olan insanlar da nəzərə alınmalıdır. Onlar yaşlılar, yanaşı xəstəlikləri olan insanlardır ki, özlərini daha çox qorumalıdır. Zərurət olmadıqda evdən çıxmamalıdırlar.

Son vaxtlar tez-tez eşitdiyimiz xəbərlərdən biri də odur ki, koronavirus xəstələri evdə müalicə alarkən təcrid olunmaqdansa, həyətə, küçəyə, marketə çıxır və ətrafdakı insanları yoluxdururlar. Hətta işə gedən xəstələr haqqında da faktlar var. Bu, yolverilməzdir. Düzdür, onlar inzibati qaydada cəzalandırılır, lakin başqalarına verdikləri zərər ölçüyə gəlmir, heç bir çərçivəyə sığmır.

Xəstəliyin yayılma səbəblərindən biri də ara məsafənin saxlanmamasıdır. İctimai nəqliyyatdakı vəziyyət də göz qabağındadır. Maskalardan düzgün istifadə olunmur, ara məsafə gözlənilmir, tutacaqlardan istifadədən sonra əllər spirtlə təmizlənmir.

Əhali arasında maarifləndirmə işləri aparılsa da, yığıncaqlar təşkil edilir, təbii ki, belə məclislərdə insanlar bir-biri ilə yaxın təmasda, ünsiyyətdə olur və nə maska, nə əl yumaq, nə də ara məsafə yada düşür”.

“Mütəxəssislər hələ pandemiyanın müəyyən müddət davam edəcəyini vurğulayırlar. Koronavirusa qarşı vaksinlərin kütləvi tətbiqinə qədər hər bir şəxs tələb edilən qaydalara ciddi şəkildə riayət etməli və unutmamalıdır ki, əsas məsələ insanların sağlamlığıdır, onların həyatıdır”, - deyə G.İmanova qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!