fotofakt

Azərbaycanda həftədə 3 gün iş günü olması ilə bağlı VACİB AÇIQLAMA

Tarix:16-12-2020, 13:56
Baxış Sayı:72

Azərbaycanda həftədə 3 gün iş günü olması ilə bağlı VACİB AÇIQLAMAXəbər verdiyimiz kimi dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılıb. Ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminə görə bir çox müəssisələrin fəaaliyyəti dayandırılsa da, "sms icazə" sistemi tətbiq edilsə də avtobuslarda yenə sıxlıq müşahidə olunur. Bir çox mütəxəssislər də yoluxma sayının artmasının məhz avtobuslardan qaynaqlandığını söylənilir. Avtobuslarda sıxlığın aradaan qaldırılması üçün təkliflərdən biri də həftədə iş günün azadılmasıdır, yəni həftədə 3 gün iş günü, yerdə qalan günlərdə isə insanların yalnız "sms icazə" ilə çölə çıxmasıdır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Məmmədli bildirib ki, həftədə iş günlərinin azadılması ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir: "

"Sms icazə", avtobusların və müəssisələrdə iş rejiminin tənzimlənməsi, iqtisadiyyatın idarə olunması, həmçinin yoluxmaların azalması üçün nəzərdə tutulub. Burada bizim başqa məhdudlaşdırıcı tədbirlər görməyimiz ölkənin iqtisadi sferasına əlavə problemlər yaradan yalnış addımlar ola bilər.
Çünki Operativ Qərargah artıq hansı müəssisələrin işləməsi ilə bağlı siyahını araşdırmış formada ortaya qoyub. Əlavə məhdudiyyətlərin qoyulması o prosesləri qarışıq duruma sala bilər. Ancaq bu fikirlə də razıyam ki, ictimai nəqliyyatda sıxlıqla bağlı problemlər yaşanır. Bunun aradan qaldırılması da əlavə məhdudlaşdərma tədbirləri deyil, ictimai nəqliyyatını işini tənzimləməklə düzgün olare. Belə ki, daha çox avtobusların xəttə buraxılması və konkret olaraq işi, icazəsi olmadan qanunu pozaraq kənara çıxıan insanların müəyyən olunması kimi tədbirlər görülə bilər. Bu, o zaman məqsədəuyğun olar ki, avtobusların içərisində mexanizm qurşdırılsın ki, bu yolada "sms icazə"si və iş icazəsi olmayan insanların avtobusa minməsinin qarşısı alınsın. İkinci variant isə xəttə buraxılan avtobusların müəyyən intervalla tənzimləməsidir".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!