fotofakt

Bacılar bitki toxumlarından maraqlı əsərlər yaradırlar - Azərbaycanda

Tarix:24-04-2019, 09:04
Baxış Sayı:221

Bacılar bitki toxumlarından maraqlı əsərlər yaradırlar - Azərbaycanda



Xarici görünüşcə bir-birilərinə bənzədikləri kimi, daxili aləmləri, həyata baxışları, incəsənətə, rəssamlığa olan maraqları da çox oxşardır.

Haqqında bəhs etdiyimiz Dilbər və Şəbnəm İbadova bacıları Ağcabədi rayonunun Hüsülü kəndində yaşayırlar. Onların çəkdikləri rəsmlər, müxtəlif tullantılardan, tumlardan hazırladıqları əsərlər görənlərin marağına səbəb olur. Hazırda Şəbnəm İbadova Ağcabədi İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində uşaq inkişafı mütəxəssisi işləyir. Şəki Dövlət Regional Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə təhsil alan bacısı Dilbər İbadova da tətil günlərində İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində könüllü olaraq çalışır. Mərkəzdə sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara rəsm çəkməyi öyrədən bacılar, həm də onların intellektual, fiziki və psixoloji inkişafına dəstək olurlar.

fotofakt.az bildirir ki, daha çox karandaşlarla, boyalarla işləyən Dilbər İbadova AZƏRTAC-a müsahibəsində deyib: "Rəssamlıq bizə nəsildən keçib. Ailədə hamı incəsənətlə məşğuldur. Atam həm rəssam, həm də musiqiçidir. İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində çalışmaq mənə zövq verir. Rəsm çəkmək uşaqlara maraqlı gəlir, həvəslidirlər. Rəsm çəkməklə həm beyinləri, həm də əlləri işləyir, inkişaf edir. Daha çox təbiətlə bağlı rəsmlərə üstünlük veririk. Bu da uşaqlara çox yaxşı təsir göstərir. Həm rəsm çəkməyi öyrənirlər, həm də dünyagörüşləri artır".

Şəbnəm İbadova rəsm çəkməyə uşaqlıqdan maraq göstərdiyini deyir: "Kiçik yaşlarımda sadə rəsmlər çəkirdim. Dörd il əvvəl rəsmləri boya ilə çəkməyə, müxtəlif tum və çəyirdəklərdən, tullantılardan istifadə etməklə əl işləri yaratmağa başladım. Əvvəlcə rəsm çəkirəm, sonra tum, çəyirdək, digər toxumlar, qarabaşaq, mərci, buğda, düyü, rəngli kağızlar və sair vasitələrlə üzərində işləyirəm. Taxta, kağız, karton kimi tullantılardan istifadə edərək, güldan, səbət kimi əşyalar da düzəldirəm".

Daha çox vətənpərvərlik, təbiəti vəsf edən mövzular üzərində işləyən bacılar bir çox sərgilərdə, rayon tədbirlərində iştirak ediblər. Əl işlərinin satışına maraqlı olmadıqlarını deyən Şəbnəm və Dilbər İbadova bacılarının ən böyük istəkləri isə tanınmış rəssamlardan dərs almaq və fərdi sərgilərini keçirməkdir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!